ABŞ niyə Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziya vermir?backend

ABŞ niyə Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziya vermir?

ABŞ niyə Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziya vermir? Məsələ raketin qiymətində, istehsalın mürəkkəbliyində və ya istehsal güclərinin çatışmazlığında deyil. Söhbət “məhsul üzərində monopoliyadan” gedir.

KONKRET.az xəbər verir ki, bunu UNİAN-a açıqlamasında hərbi ekspert, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Ehtiyatda olanlar Şurasının sədri İvan Timoçko bildirib.

“Lisenziyanın digər ölkələrə, xüsusilə də işçi qüvvəsinin daha ucuz olduğu ölkələrə verilməsi avtomatik olaraq məhsulun ucuzlaşmasına gətirib çıxarır. Belə vəziyyətdə əsas istehsalçı lisenziya əsasında istehsalı başqa ölkələrə ötürdüyü üçün məhsul üzərindəki monopoliyasını itirə və ya öz məhsulunun dəyərinin aşağı düşməsi ilə üzləşə bilər”, – ekspert deyib.

Onun sözlərinə görə, ABŞ həmçinin Ukraynanın lisenziyalı istehsal zamanı konstruktiv dəyişikliklər edə və ya öz analoqunu hazırlaya biləcəyini nəzərə alır.

“Çətin ki, biz belə hərəkət edərdik, amma onlar bizim hansısa konstruktiv dəyişikliklər edə biləcəyimizi və ya ən azı öz analoqumuzu hazırlaya biləcəyimizi nəzərə alırlar”, – Timoçko bildirib.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*