ABŞ qanununun analoqu Gürcüstanda qəbul ediləcək – Papuaşvilibackend

ABŞ qanununun analoqu Gürcüstanda qəbul ediləcək - Papuaşvili 

“ABŞ-ın “Xarici agentlər” haqqında qanununun analoqu olan “FARA” Gürcüstanda qəbul ediləcək. Çünki heç kim ABŞ qanunvericiliyinin demokratik standartlara uyğun olduğuna şübhə etmir”.

KONKRET.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib:

“FARA ilə bağlı ABŞ qanunvericiliyi mövcuddur. Biz bunu olduğu kimi qəbul edib Gürcüstana ötürəcəyik. Qanunla bağlı hər hansı sualınız varsa, ABŞ və ya onların Gürcüstandakı səfirliyi ilə əlaqə saxlayın. Bunun Amerikada nə demək olduğunu izah edəcəklər”, -deyə Papuaşvili bildirib.

Parlament rəhbərinin sözlərinə görə, bir çoxları şəffaflıq ideyasını gözdən salmaq üçün Gürcüstanda qəbul edilən “Xarici təsirin şəffaflığı haqqında” qanunla bağlı qeyri-müəyyən mühit, o cümlədən əcnəbilər üçün tərcümə çətinlikləri yaradıb:

“Ona görə də biz deyirik ki, Birləşmiş Ştatların qanunvericiliyinin və sisteminin demokratik standartlara uyğun olduğuna heç kim şübhə etmir”.

Vəli Həsənoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*