Toyuq filesi və yumurta qıtlığı: Qiymətlər yenidən bahalaşa bilər? – AÇIQLAMAbackend

Toyuq filesi və yumurta qıtlığı: Qiymətlər yenidən bahalaşa bilər? – AÇIQLAMA

Mağazalarda toyuq filesi, döş əti və yumurtanın tapılmasında yaranan çətinliklər istehlakçılar arasında narahatlıq yaradıb. Xüsusilə file ətinin qiymətində əvvəlki dövrlə müqayisədə artım müşahidə olunması tədarük probleminin bazara təsiri ilə bağlı suallar doğurur.

Bəs məhsulların qıtlığı hansı səbəblərdən yaranıb və bu vəziyyət yaxın günlərdə qiymətlərin daha da artmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, 2026-cı ildə ərzaq məhsullarının qiymətində 7,2 faiz artım müşahidə olunub. Onun sözlərinə görə, qiymət artımının səbəbləri məhsul kateqoriyalarından asılı olaraq dəyişir.

Rayon sakinlərinə kreditlər çox veriləcək - Bank filiallarının sayı  artırılır | KONKRET

Ekspert qeyd edib ki, son dövrlərdə file və digər toyuq məhsullarında da bahalaşma qeydə alınıb:

“Endirimli qiymətlə 6-6,50 manata təklif olunan toyuq filesinin qiyməti hazırda 8-10 manat arasında dəyişir. Qiymət artımını əlaqədar qurumlar tələbatın yüksəlməsi ilə əlaqələndirsələr də, əslində ət məhsullarının bahalaşması vətəndaşları alternativ məhsullara yönəldib”.

G.Hüseynovanın sözlərinə görə, mövsüm dəyişikliyi də istehlakçıların ərzaq tələbatına təsir göstərir. Yay mövsümünün başa çatması ilə havaların soyuması insanların qida seçimlərini dəyişir və ət məhsullarına tələbat artır.

“Yay aylarında meyvə-tərəvəz məhsullarına tələbat daha yüksək olur. Havaların soyuması və fəsil dəyişikliyi isə istehlakçı davranışını dəyişərək ət məhsullarına marağı artırır. Bu da öz növbəsində müəyyən məhsullar üzrə tələbatın yüksəlməsinə səbəb olur”, – deyə ekspert vurğulayıb.

Yumurta məhsulunda müşahidə olunan qıtlığa gəldikdə isə iqtisadçı bunun sənaye üsulu ilə istehsal olunan yumurtadan söhbət getdiyi halda müvəqqəti xarakter daşıya biləcəyini bildirib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*