Rusiya təbliğatçıları yeni “qısa hərbi əməliyyat” anons ediblər.
KONKRET.az xəbər verir ki, dövlət agentliyi olan “RIA Novosti”nin köşə yazarı Aleksandr Nosoviç Litva ilə hərbi münaqişənin ehtimalı barədə bəyanat səsləndirib. Hədə-qorxulara səbəb kimi Vilnüsdə müzakirə olunan və ölkədə xarici kontingentin və nüvə silahının yerləşdirilməsinə qoyulan qadağanı ləğv edən Konstitusiya dəyişiklikləri göstərilib.
Nosoviç hesab edir ki, əgər dəyişikliklər qəbul olunarsa, Rusiya quru əməliyyatından yayına bilər və “müvafiq başlıqlı” raket zərbələri ilə kifayətlənə bilər. O, həmçinin vurğulayıb ki, coğrafi xüsusiyyətlərə görə Baltikyanı bölgədəki potensial münaqişə Ukraynadakına nisbətən qat-qat tez başa çatacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az
