Ət bahadır, kolbasa 10 manata: Bu qiymət necə mümkün olur? – AÇIQLAMAbackend

Ət bahadır, kolbasa 10 manata: Bu qiymət necə mümkün olur? – AÇIQLAMA

Ətin qiymətinin yüksək olması fonunda bəzi kolbasa məhsullarının kiloqramının 10 manata satılması istehlakçılarda suallar yaradır. Xüsusilə mal ətinin qiyməti ilə müqayisədə kolbasaların bu qədər ucuz olması onların tərkibi və istehsal prosesi ilə bağlı marağı artırır.

 Bəs belə məhsulların qiyməti necə aşağı salınır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan qida texnoloqu Ağa Salamov bildirib ki, xalis mal və dana ətindən hazırlanan kolbasaların qiyməti daha yüksək olur:

Ətin qiyməti 30 manatı keçə bilər – Səbəblər açıqlandı | KONKRET

“Kolbasa istehsalında isə daha ucuz xammaldan istifadə edilə bilər. Bundan əlavə, məhsulun tərkibinə nişasta, su və digər qatqı maddələri əlavə olunur. Bu da məhsulun çəkisinin artmasına və maya dəyərinin aşağı düşməsinə təsir göstərir.

Əsas amillərdən biri də mal əti ilə toyuq ətinin qarışıq şəkildə istifadə olunduğu kolbasalardır. Bu cür məhsullarda toyuq ətindən istifadə maya dəyərinin aşağı salınmasına imkan verir.

Burada əsas məsələ məhsulun hansı xammaldan hazırlanması ilə yanaşı, qida təhlükəsizliyi tələblərinə əməl olunmasıdır. İstifadə edilən ətin baytarlıq nəzarətindən keçməsi, mənşəyinin məlum olması mühüm əhəmiyyət daşıyır. Qida zəncirində – daşınma, saxlanma, emal və istehsal mərhələlərində təhlükəsizlik standartlarına riayət olunarsa, məhsulun istehlakı baxımından təhlükə yaranmır”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*