ABŞ qanunvericiləri “TikTok”un ölkədə qadağan olunmasını TƏLƏB EDİRbackend

ABŞ qanunvericiləri "TikTok"un ölkədə qadağan olunmasını TƏLƏB EDİR

“ABŞ höküməti ölkədə “TikTok” sosial şəbəkəsindən istifadəni qadağan etməlidir”.

KONKRET.az xəbər verir ki, bu barədə amerikalı senator Marko Rubio və Nümayəndələr Palatasının üzvü Mayk Qallager “The Washington Post”da dərc olunmuş məqaləsində bildirib:

“Birləşmiş Ştatlar Çin Kommunist Partiyası (ÇKP) ilə yeni soyuq müharibə içindədir. Bununla belə, milyonlarla amerikalı getdikcə daha çox Çin sosial şəbəkəsi olan “TikTok”a güvənir və ÇKP-nin təsiri altına düşür. Çox gec olmadan bu casusluq proqramını qadağan etməliyik”.

Onların fikrincə, “TikTok” mobil telefon istifadəçilərinin yerini müəyyən edə və hətta onların internetdə axtarışları haqqında məlumat toplaya bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*