ABŞ Rusiyanı məhkum olunmuş amerikalı, keçmiş dəniz piyadası Robert Gilmanı azad etməyə çağırıb.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
ABŞ dövlət katibi Marko Rubio iyulun 23-də Filippinin paytaxtı Manilada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşdə bu məsələni qaldırıb.
Reuters-in mənbəsi Lavrovun bu müraciətə necə cavab verdiyini bilməyib.
ABŞ Dövlət Departamentindən qeyd edilib ki, Vaşinqton Robert Gilmanın işini diqqətlə izləyir və onun ABŞ-yə qaytarılması üçün Rusiya tərəfinə dəfələrlə müraciət edib.
Bundan əlavə, ABŞ tərəfi Gilmanın səhhəti ilə bağlı narahatlığını da ifadə edib.
Natiq Səlim,
KONKRET.az
