ABŞ Rusiyanı Maduroya verdiyi dəstəyə təhdid etdibackend

ABŞ Rusiyanı Maduroya verdiyi dəstəyə təhdid etdi

ABŞ Rusiyanı Venesuela prezidenti Nikolas Maduroya verdiyi dəstəyə görə hədələyib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA “Novosti” agentliyi ABŞ-ın Venesueladakı xüsusi nümayəndəsi Elliott Abramsa istinadən yayıb.

“Ruslar tezliklə anlayacaqlar ki, Maduroya dəstəkləri daha pulsuz olmayacaq”, – deyə Abrams bildirib.

ABŞ-ın süsusi elçisi Maduroya dəstək verən digər ölkələri də bu xəbərdarlığı bölüşməyə çağırıb. O vurğulayıb ki, ABŞ Venesuela üçün niyyətlərinin ciddiliyini nümayiş etdirmək niyyətindədir.

21 yanvar 2019-cu ildə Venesuelada and içdikdən sonra Maduroya qarşı kütləvi etirazlara başlanıb. Nəticədə, Venesuelanın müxalifət lideri Juan Quaydo qanunsuz olaraq özünü müvəqqəti dövlət başçısı elan edib. ABŞ-ın dəstək verdiyi bir sıra ölkələr Quaydonu dövlət başçısı kimi tanıyıblar. Öz növbəsində Rusiya, Çin, Türkiyə və bir sıra digər ölkələr Maduronu qanuni prezident kimi dəstəkləyiblər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*