ABŞ səfirliyi Aytən Məmmədovaya hücumla bağlı bəyanat yaydıbackend

ABŞ səfirliyi Aytən Məmmədovaya hücumla bağlı bəyanat yaydı

ABŞ-ın Azərbaycandakı səfirliyi jurnalist Aytən Məmmədovaya edilən hücumu pisləyib.

KONKRET.az xəbər verir ki, səfirliyin hadisə ilə bağlı yayılan bəyanatında deyilir:

“Bu hücum Bakıda Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd olunmasından cəmi bir həftə sonra baş verib. Biz işi diqqətlə izləyirik və səlahiyyətli şəxsləri istintaq aparmağa və məsul şəxsləri məsuliyyətə cəlb etməyə çağırırıq”.

Qeyd edək ki, Aytən Məmmədova yaşadığı binanın blokunda tanımadığı şəxsin bıçaqlı hücumuna məruz qalıb.

Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*