Səudiyyə Ərəbistanındakı ABŞ-nin Şahzadə Sultan hərbi bazasına edilən hücum nəticəsində Amerika yanacaq tankeri məhv edilib.
KONKRET.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfəqari deyib.
“Uğurlu əməliyyat zamanı bir tanker tamamilə məhv edilib, digər üç təyyarə isə zədələnib və ya sıradan çıxarılıb”, – o, bildirib.
“The Wall Street Journal” qəzeti daha əvvəl ABŞ hərbçilərinin İranın Şahzadə Sultan hava bazasına raket zərbəsi nəticəsində yaralandığını bildirmişdi.
