ABŞ Ukraynaya “ATACMS” raketlərini tədarük edəcək? – Con Kirbi AÇIQLADIbackend

ABŞ Ukraynaya "ATACMS" raketlərini tədarük edəcək? - Con Kirbi AÇIQLADI

ABŞ hökuməti Kiyevə “ATACMS” operativ-taktiki raket komplekslərinin gələcək tədarükü ilə bağlı yeni məlumatlara malik deyil.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq bəyanatla Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi çıxış edib.

Onun sözlərinə görə, “ATACMS”la bağlı heç bir yenilik yoxdur.

Daha əvvəl “Washington Post” yazıb ki, Vaşinqton yaxın gələcəkdə 300 kilometr mənzilli “ATACMS” operativ-taktiki raketlərini Ukraynaya göndərməkdən imtina etmək qərarını dəyişmək niyyətində deyil. Vurğulanıb ki, Amerika lideri Co Baydenin administrasiyası qeyd olunan silah növünü Kiyevə hələlik verməkdən qəti şəkildə imtina edir. Eyni zamanda, onlar qanunvericilərin və Kiyevin artan təzyiqlərini etiraf edirlər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*