ABŞ və İsrail İrana hücumu imitasiya edən birgə TƏLİMLƏR KEÇİRƏCƏK – Fox Newsbackend

ABŞ və İsrail İrana hücumu imitasiya edən birgə TƏLİMLƏR KEÇİRƏCƏK - Fox News

ABŞ və İsrail İran və onun bölgədəki qüvvələrinin hücumunu imitasiya edən birgə təlimlərin keçirilməsi imkanını müzakirə edir.

KONKRET.az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.  Kanal bildirir ki, ABŞ və İsrail regionda İran və onun qüvvələrinin hücumunu simulyasiya edəcək birgə təlimlərin keçirilməsi imkanını müzakirə edir.

KİV-in məlumatına görə, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Aviv Koçavi və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli yaxın həftələrdə əsgərləri İsrail və İran arasında mümkün münaqişəyə hazırlamaq üçün birgə hərbi hava qüvvələri təlimləri keçirməyi nəzərdən keçirir.

Koçavi deyib: “Biz İrana və onun bölgədəki terrorçularına qarşı əməliyyat planlarını və əməkdaşlığı sürətləndirmək üçün kritik bir məqamdayıq”.

Əvvəllər o, Pentaqonda və Ağ Evdə bir sıra görüşlər keçirib, Yaxın Şərqdəki təhlükəsizlik təhdidlərini, xüsusən də ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla müzakirə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*