ABŞ və Misir prezidentləri dünyada yaranan ərzaq böhranından danışdıbackend

ABŞ və Misir prezidentləri dünyada yaranan ərzaq böhranından danışdı

ABŞ Prezidenti Co Bayden və Misir Prezidenti Əbdülfəttah əs-Sisi dünyadakı ərzaq böhranından narahat olduqlarını bildirib.

APA xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.

Bayden və əs-Sisi terrorizmlə mübarizədə əməkdaşlığa sadiq olduqlarını bildirib.

Tərəflər İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiyanın mühüm nailiyyətlərini alqışlayıblar.

Bəyanatda deyilir ki, ABŞ və Misir Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarından ciddi narahatlıq keçirir.

Bildirilib ki, Rusiya-Ukrayna müharibəsi qlobal təchizat zəncirlərinə və enerjinin qiymətinə təsir edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*