ABŞ və Polşa hərbçiləri Ukrayna sərhədi yaxınlığında təlimlərə başladıbackend

ABŞ və Polşa hərbçiləri Ukrayna sərhədi yaxınlığında təlimlərə başladı

Polşa hərbçiləri respublikanın Ukrayna ilə sərhədinin keçdiyi Polşanın cənub-şərqində ABŞ hərbçiləri ilə birgə təlimlərə başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşçak öz tvitter hesabında bildirib.

“Həftə sonu 18-ci Mexanikləşdirilmiş Diviziyanın (Polşa ordusu) hərbçiləri Polşanın cənub-şərqində 82-ci Hava Desant Diviziyasının (ABŞ ordusu) amerikalı hərbçiləri ilə birgə təlimlərə başlayıblar”, – RİA Novosti onun sözlərindən sitat gətirib.

NATO və ABŞ ilə ikitərəfli razılaşmalar çərçivəsində hazırda Polşada 5 minə yaxın amerikalı hərbçi yerləşdirilib. Daha 4,7 min hərbçi “regionda təhlükəsizliyə təhdid səbəbindən” əlavə qüvvələr kimi ölkəyə gəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*