Acqarına qəhvə içmək nə üçün təhlükəlidir? – Həkim açıqladıbackend

Acqarına qəhvə içmək nə üçün təhlükəlidir? - Həkim açıqladı

“Səhər yeməyinin əvəzinə bir fincan qəhvə içməyə üstünlük verənlər ciddi sağlamlıq problemləri ilə üzləşirlər. Yüksək qan təzyiqdən əziyyət çəkənlər üçün isə belə bir vərdiş hətta infarkt və ya insultla nəticələnə bilər”.

KONKRET.AZ ölkənin məşhur qastroenteroloqu Firuzə Alimovadan məsələyə münasibət bildirməyi xahiş edib:

– Boş mədəyə qəhvə içmək, hətta səhər yeməyi olmadan belə bir həyat tərzi sürmək, əlbəttə ki, mədə-bağırsaq traktına pis təsir edəcək. Məsələ ondadır ki, hər səhər öd kisəsini işə salmalısınız və bu işdə adi banan və ya sıyıq ən yaxşı köməkçidir. Səhər tezdən qəhvə içən adam isə əmin olmalıdır ki, onun bu orqanla bağlı heç bir poblemi yoxdur.

Əgər qəhvə həvəskarının öd kisəsində daş varsa, onda vəziyyət lap ağırlaşır. Mədə-bağırsaq traktının problemləri ilə yanaşı, bu vərdiş sinir sisteminin pozuntusuna da yol açır.

Düzdür, təzyiqi aşağı olan insanlar üçün qəhvə faydalı ola bilər. Amma əgər qəhvə həvəskarı hipertonikdirsə, bu vərdiş onun sağlamlığına çox pis təsir edəcək. Təhlükə ondadır ki, insan təzyiq problemlərindən xəbərsiz olur və səhər tezdən işə getməzdən əvvəl bir fincan qəhvə içir. Bir müddətdən sonra həmin insan infarkt və ya insult qazanmış olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*