ADSEA Köçərli Həsənova görə nekroloq yaydıbackend

ADSEA Köçərli Həsənova görə nekroloq yaydı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ağır itki üz verib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Köçərli Fəriş oğlu Həsənov dünən gecə saatlarında Türkiyənin İstanbul şəhərində müayinə olunduğu Memorial Şişli xəstəxanasında vəfat edib.

KONKRET.az xəbər verir ki, Köçərli Həsənov 10 noyabr 1961-ci ildə Saatlı rayonu Əlisoltanlı kəndində anadan olub. 1987-ci ildə Azərbaycan Mühəndis və İnşaat İnstitunun Su təchizatı və kanalizasiya inşaat mühəndisi fakültəsini bitirən Köçərli Həsənov 35 illik iş fəaliyyəti dövründə fəhləlikdən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsinə qədər yüksəlib.

Köçərli Həsənov rəhbər vəzifədə işlədiyi illərdə su təsərrüfatı sahəsində uğurlu işlərə imza atıb. O, kollektiv arasında böyük rəğbət qazanıb və daim sevilən, hörmət bəslənilən rəhbər olub.

Köçərli Həsənov Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 iyun tarixli sərəncamı ilə “Əməkdar Mühəndis” Fəxri adına layiq görülmüşdür.

Köçərli Həsənovun yoxluğu Azərbaycan su təsərrüfatı üçün böyük itkidir. Xatirəsi daim əziz tutulacaq.

ADSEA adından mərhumun ailəsinə və yaxınlarına dərin hüzünlə başsağlığı veririk.

Allah rəhmət etsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*