ADY-nin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötdübackend

ADY-nin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötdü

Azərbaycan Dəmir Yollarının (ADY) bu ilin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötərək ötən ilin eyni dövrünün göstəricisini 15% üstələyib.

KONKRET.az xəbər verir ki, bununla bağlı ADY məlumat yayıb.

Bildirilib ki, qatarla səyahət edən xarici turistlərin sayında 40 faiz artım qeydə alınıb.

Eyni zamanda, 2025-ci ilin əvvəlindən bərpa edilmiş Bakı-Balakən-Bakı marşrutu ilə 5355 nəfər sərnişin səfər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*