Moskvanın Şeremetyevo hava limanında iki övladını tərk edən ata Rostov vilayətinin Bataysk şəhərində könüllü müstəntiqlərin yanına gəlib.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb. Qeyd edilir ki, o, İstintaq Komitəsinin şöbəsində etirafedici ifadə verib. Xatırladaq ki, yanvarın 26-da Xabarovskdan Şeremetyevo hava limanına gələn kişi terminalda beş və yeddi yaşlı iki oğlunu tərk edib. Uşaqlardan birinin çantasında yazı tapılıb. O, müvəqqəti olaraq uşaqların sığınacağa verilməsini xahiş edib və bir müddətdən sonra onları oradan götürməyi vəd edib. O, bu hərəkəti ağır maliyyə vəziyyətinin və başqa çıxış yolunun olmaması ilə izah edib.
KONKRET.az
