Ağ Ev İranın ABŞ rəsmilərinə qarşı terror planları ilə bağlı XƏBƏRDARLIQ ETDİbackend

Ağ Ev İranın ABŞ rəsmilərinə qarşı terror planları ilə bağlı XƏBƏRDARLIQ ETDİ

Ağ Ev İranın Amerika rəsmilərinə qarşı terror planları ilə bağlı xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, bu barədə Amerikanın milli təhlükəsizlik müşaviri Cek Sallivan məlumat verib.

Sallivan ölkəsinin rəsmilərinə qarşı terror aktı planlaşdıran İran hökumətinə xəbərdarlıq edib. Amerika rəsmisi İran rejiminin Con Boltona qarşı sui-qəsd planına cavab olaraq bildirib ki, Bayden hökuməti Amerika vətəndaşlarını müdafiə etmək cəhdlərinə davam edəcək.

“Əgər İran Amerika vətəndaşlarına, o cümlədən hazırda dövlət işçisi olanlara və bu ölkənin keçmiş rəsmilərinə hücum təşkil etsə, ağır nəticələrlə üzləşəcək”, – deyə Sallivan vurğulayıb.

Qeyd edək ki, Amerikanın Ədliyyə Nazirliyi Pompeoya onun Con Boltondan sonra İranın sui-qəsd hədəfində olan ikinci şəxs olması barədə birbaşa xəbərdarlıq edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*