Ağ Evin yeni binasında dronlar yerləşdiriləcəkbackend

Ağ Evin yeni binasında dronlar yerləşdiriləcək

ABŞ Prezidenti Donald Tramp Ağ Ev ərazisində tikilən yeni banket zalının damında pilotsuz uçuş aparatlarının yerləşdiriləcəyini bildirib.

KONKRET.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə bildirib. Onun sözlərinə görə, bina Vaşinqtonun müdafiəsi üçün xüsusi şəkildə layihələndirilib.

“Dam tam şəkildə elə hazırlanıb ki, orada hərbçilər yerləşdirilə bilsin. Snayperlər üçün Vaşinqtona hərtərəfli baxış imkanı olacaq”, – Tramp qeyd edib.

ABŞ Prezidenti bildirib ki, dam həm də dronlar üçün platforma rolunu oynayacaq və “məhdudiyyətsiz sayda pilotsuz aparat” qəbul edə biləcək.

Tramp əlavə edib ki, tikintidə “gülləkeçirməz polad” və “gülləkeçirməz şüşə” istifadə olunur.

“Əgər dron damı vursa belə, geri sıçrayacaq və zərər verməyəcək”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*