Ağacları kəsən şirkət cəzalandırıldıbackend

Ağacları kəsən şirkət cəzalandırıldı

Xətai rayonu, Zığ şossesinin kənarındakı zeytunluq adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Vaqif Cavadov KONKRET.az-a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı “Grand Aqro” MMC-yə məxsus zeytunluq ərazidəki ağacların qanunsuz kəsildiyi və sərt budandığı müəyyən edilib.

“Faktla bağlı “Grand Aqro” MMC barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*