Ağalının ilk körpə sakinlərinin – FOTOLARIbackend

Ağalının ilk körpə sakinlərinin - FOTOLARI

Zəngilan rayonunun Ağalı kəndində artıq doğulduğu gündən burada böyüyəcək 6 körpə var. Onlar ilk addımlarını Ağalıda atacaq, ilk sözlərini bu kənddə deyəcək və böyüyəcəklər.

KONKRET.az xəbər verir ki, Ağalı Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri Ceyran Abbasova “AzVision.az”a açıqlamasında bildirib ki, Ağalının körpə sakinlərindən 2-si qız, 4-ü oğlandır:

“Ağalıda xəstəxana olmadığı üçün körpələrdən 2-si Beyləqan rayon Mərkəzi Xəstəxanasında, digərləri Bakı şəhərində dünyaya gəliblər. Hamısı indi Ağalı kəndində böyüyür. Onlardan biri də mənim balaca qızım Rüqəyyadır”.

Ağalının 6 körpəsinin şəkillərini təqdim edirik:

Ağalının ilk körpə sakini Fidan

2-ci doğulan körpə Uğur

3-cü körpə Turan

4-cü körpə Aqil

5-ci körpə Rüqəyya

6-cı körpə Rəvan

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*