Yayın isti günlərində insanların ən böyük problemlərindən biri də ağcaqanadlar olur.
KONKRET.az xəbər verir ki, bu barədə həkim Yelena Androsova “Prime” agentliyinə müsahibəsində danışıb.
O bildirib ki, bəzi insanlar ağcaqanadların “hücumuna” məruz qalır, bir qrup isə bundan sanki sığortalanıb. Həkim ağcaqanadların daha çox hansı insanları dişlədiyini deyib.
Androsova deyib ki, ağcaqanad insanı “qurbanın” fərdi qoxusu və bədən istiliyi cəlb etdiyi üçün dişləyir. Bundan əlavə, həşəratlar dərinin mikroflorasının tərkibinə və ayrılan karbon qazına diqqət yetirirlər. Onun həcmi nə qədər böyükdürsə, insan ağcaqanad üçün bir o qədər cəlbedicidir:
“Bütün insanların mikroflorası fərqlidir, ona görə də mikrobların yaratdığı “iyli maddələrin” nisbəti müxtəlif insanlar üçün fərqlidir və ümumi qoxu da fərqli olacaq”.
Həkim əlavə edib ki, elmi araşdırmalardan birinə görə, ağcaqanadlar üçün ən cəlbedici insan tipi birinci qan qrupunun sahibləridir. Eyni zamanda, həşəratların müəyyən bir cinsi və ya dəri rəngini seçdiyinə dair heç bir məlumat yoxdur.
Bundan əvvəl allerqoloq İrina Yartseva ağcaqanadlar üçün ən cəlbedici insan tipini açıqlamışdı. O, həşəratları əslində damarlarda olan qanın istiliyinin cəlb etdiyini bildirmişdi.
