Bakıda 23 yaşlı kişi soyuqdəymədən ölüb.
KONKRET.AZ xəbər verir ki, TƏBİB-dən verilən açıqlamaya görə 1997-ci il təvəllüdlü Bakı şəhər sakini son 20 gün ərzində ev şəraitində soyuqdəymədən müəlicə alırmış.
Halı pisləşdikdən sonra yanvarın 31-də saat 16-da olduqca ağır vəziyyətdə Elmi-Tədiqat Ağciyər Xəstəlikləri İnstitutuna müraciət edib. Xəstə ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağ ciyər-ürək çatışmazlığı diaqnozu ilə kritik ağır vəziyyətdə birinci reanimasiya şöbəsinə yerləşdirilib.
Reanimatoloq və pulmanoloqun nəzarəti ilə intevsiv müalicə tədbirlərinə baxmayaraq, xəstənin fevralın 1-də saat 06:30-da bioloji ölümü qeyd olunub.
