Qafan Bələdiyyə Başçısı Gevorg Parsyan Ağdağ dağı ilə bağlı yeni təfərrüatlar açıqlayıb.
KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, Parsyanın sözlərinə görə, bu ərazi hələ dekabrda Azərbaycana verilib, nəzarət isə rus sərhədçiləri tərəfindən həyata keçirilib. Amma bu günlərdə “Parsyana məlum olmayan səbəblərdən ruslar yüksəklikdən enib və nəzarət Azərbaycana keçib”.
“Bu sahə bizim üçün əhəmiyyətli bir yüksəklik, strateji əhəmiyyətə malik bir ərazidir. İndi ruslar olmadığından bu ərazi bütünlüklə azərbaycanlıların nəzarətinə keçdi”, -deyə Parsyan şikayətlənib.
Xuraman Etibarlı
KONKRET.az