Xəbər verdiyimiz kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarının ödənilməsi üçün Bakıdan göndərdiyi humanitar yardım Ağdama çatıb.
KONKRET.az-ın məlumatına görə, Azərbaycan tərəfi humanitar missiya ilə bağlı Rusiya sülhməramlılarının komandanlığına məlumat verib.
Məsələnin bu gecə həll olunmayacağı dəqiqləşib.
Bu səbəbdən artıq gecələmək üçün Ağdam-Xankəndi yolunun üzərində çadırlar qurulub.
