Ağdamda traktorla minaya düşən sürücünün kimliyi məlum oldu – YENİLƏNİBbackend

Ağdamda traktorla minaya düşən sürücünün kimliyi məlum oldu - YENİLƏNİB

Ağdamda minaya düşən sürücünün kimliyi məlum olub.

KONKRET.az xəbər veri ki, dekabrın 16-da saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisindəki Xaçınçay çayının ətrafında yol-tikinti işləri ilə məşğul olan şirkət əməkdaşı, Oğuz rayon sakini Əhməd İdrisov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, nəticədə xəsarət alan olmayıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

***

13:09

Ağdamda traktor minaya düşüb.

KONKRET.az xəbər verir ki, hadisə Ağdamın işğaldan azad edilmiş Baş Qərvənd kəndi ərazisində baş verib. KON markalı traktor tank əleyhinə minaya düşüb. Nəticədə texnikaya ciddi ziyan dəyib.

İlkin məlumata görə, sürücü xəsarət almayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*