Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada öldübackend

Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada öldü

Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

KONKRET.az-ın məlumatına görə, hadisə fevralın 22-i saat 20 radələrində Ağdaş şəhəri, H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, Azər Rasulovun idarə etdiyi “VAZ-21140” markalı avtomobil hərəkətdə olarkən 1965-ci il təvəllüdlü İslam Əzizovu vurub. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralı bir neçə gün sonra orada ölüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində Cinayət Məclləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.“Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*