Ağdaşda yanğın: Yaralı varbackend

Ağdaşda yanğın: Yaralı var

Ağdaşda dördotaqlı ev yanıb.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı ev sahibi xəsarət alıb.

Yanğın rayonun Abad kənd sakini 1952-ci il təvəllüdlü Cabbarova Məhbubə Qasım qızına məxsus dördotaqlı evdə baş verib.

Hadisə yerinə Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 120 k/m olan 4 otaqlı kürsülü yaşayış evi içərisində olan əşyalarla birlikdə tamamilə yanıb, ev sahibi Cabbarova Məhbubə Qasım qızı yüngül xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*