Ağdərə rayonunun Sırxavənd kəndində ümumilikdə 4 kütləvi və iki fərdi məzarlıq aşakarlanıb.
KONKRET.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) İşçi Qrupun üzvü Zaur İsmayılov jurnalistlərə açıqlamasında deyib.
Qeyd edib ki, Birinci Qarabağ müharibəsi dövründə Ağdərə rayonu ərazisində qızğın döyüşlər gedib, həmin döyüşlərdə xeyli hərbçimiz həlak olub. Həlak olan hərbçilərin əksəriyyətinin nəşlərini döyüş meydanından çıxarmaq mümkün olmayıb. Onlar itkin kimi Dövlət Komissiyasında qeydiyyata alınıb”.
Onun sözlərinə görə, şahidlərin ifadələrində burada içərisində beş hərbçi və bir tibb bacısının olduğu hərbi yük maşını vurulub: “Həmin yerdə də bu qalıqlar aşkarlanıb. Ehtimal olunur ki, qalıqlar həmin adamlara məxsusdur. Burada hərbi maşının qalıqları da aşkarlanıb. Bu ərazidə ümumilikdə 4 kütləvi və iki fərdi məzarlıq aşakarlanıb”.
Qeyd edək ki, bu ilin sentyabr ayında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına və BQXK-ya məlum olan koordinatlar üzrə Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində aparılmış işlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb.
Həmin ərazilərdə qazıntı və ekshumasiya işləri davam etdirilir.(apa)