Rusiya xarici işlər naziri Sergey Lavrov Aİ hakimiyyətinin avrointeqrasiya məsələsində Ermənistanı aldadacağını bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın RT nəşri yazıb.
Lavrov Ermənistanın Aİ-yə necə daxil ola biləcəyini anlamadığını qeyd edib: “Türkiyə və Serbiyanın onilliklərdir növbədə durduğu bir vaxtda, məncə, Aİ hakimiyyəti erməni tərəfini mütləq aldadacaq”.
Lavrov bu bəyanatla Beynəlxalq Gənclər Festivalında çıxış edib.
Ağagül Mürsəlov,
KONKRET.az
