Agentlik 6 sahibkarın fəaliyyətini qeydiyyata almadı – SİYAHIbackend

Agentlik 6 sahibkarın fəaliyyətini qeydiyyata almadı - SİYAHI

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 2 mart 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 19 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

 

AQTA-dan KONKRET.az-a verilən məlumata görə, həmin tarixdə 6 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

 

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

 

Subyektin adı Fəaliyyət istiqaməti İmtina səbəbi
1 Savalanova Rəna Balaca qızı İstehsal Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
2 “AZERBAİJAN POULTRY COMPANY” MMC Topdan satış Sahibkar hal-hazırda fəaliyyət göstərmir.
3 Şərifi Məhəmməd Qərib oğlu İctimai iaşə Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.
4 Mahmudov Yadigar Yusif oğlu Topdan satış Sahibkar tərəfindən yanlışlıqla ikinci dəfə müraciət edilmişdir.
5 Cəfərov Əbülfəz Nuri oğlu Pərakəndə satış Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.
6 Qəniyev Məsləhət İsmayil oğlu Pərakəndə satış Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.

 

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*