Ağstafa rayonu istiqamətində atışma bütün sərhəd boyu gedir – FOTObackend

Ağstafa rayonu istiqamətində atışma bütün sərhəd boyu gedir - FOTO

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri  Kəlbəcər, Gədəbəy, Tovuz və Ağstafa rayonunun yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.

KONKRET.az-ın Teleqram kanallarına istinadla əldə etdiyi məlumata görə, hazırda da düşmənin təxribatı davam edir, atışma davam edir.

Düşmən Zəngəzurda ordumuzla bacara bilməyib, rüsvayçılıqla geri oturdulub. Erməni təxribatçıları buna cavab olaraq qisas məqsədi ilə Azərbaycanın Ermənistanla sərhəd bütün yaşayış məntəqələri istiqamətində atəşkəsi pozublar. Ordumuzun sayıqlığı nəticəsində düşmənin bütün alçaq hərəkətlərinin qarşısı alınır, cavabları layiqincə verilir.

Ağstafa rayonu istiqamətində atışma bütün sərhəd boyu gedir.

Ağstafada döyüş gedən istiqamətin fotosunu təqdim edirik:

Xuraman Etibarlı

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*