Ağstafada 63 yaşlı kişinin meyiti tapıldıbackend

Ağstafada 63 yaşlı kişinin meyiti tapıldı

Ağstafa sakininin meyiti yol kənarında aşkarlanıb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Xılxına kəndində qeydə alınıb.

1959-cu il təvəllüdlü Əhmədov Nürəddin Şükür oğlunun meyiti yolun kənarında tapılıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, N.Əhmədov ürək tutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*