14 yaşlı yeniyetməni qatar vurub ÖLDÜRDÜ – YENİLƏNİBbackend

14 yaşlı yeniyetməni qatar vurub ÖLDÜRDÜ - YENİLƏNİB

Martın 4-də saat 18:20-də Ağstafa rayonu Tatlı stansiyasının dəmir yolu xəttinin yaxınlığında 2009-cu il təvəllüdlü Ağstafa rayonunun Köçəsgər kənd sakini Bayramov Elşən Elşad oğlunun meyiti aşkar olunub.

KONKRET.az xəbər verir ki, bu barədə  ADY-dən məlumat verilib.

Hadisə barədə hüquq-mühafizə orqanları dərhal məlumatlandırılıb və aidiyyəti üzrə araşdırma aparılır.

19:31

Ağstafada bədbəxt hadisə baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan qatar bir nəfəri vuraraq öldürüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*