Ağsuda qəzada ağır yaralanan körpə xəstəxanada ölübbackend

Ağsuda qəzada ağır yaralanan körpə xəstəxanada ölüb

Ağsuda 6 gün əvvəl qəzaya düşən azyaşlı ölüb.

KONKRET.az xəbər verir ki, hadisə iyulun 26-da Növcü kəndində qeydə alınıb.

Rəşad Mustafayev idarə etdiyi “VAZ 2106” markalı avtomobillə qarşısına iribuynuzlu heyvan çıxdığına görə qəza törədib.

Nəticədə avtomobildə olan sürücünün 2022-ci il təvəllüdlü oğlu Mehrac Mustafayev ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən körpə həkimlərin səyinə baxmayaraq ötən gün ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*