Tanınmış həkim VƏFAT ETDİbackend

Tanınmış həkim VƏFAT ETDİ

Sumqayıt Tibb Mərkəzinin 7 nömrəli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevti Şahin Əliyev dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, 1978-ci ildə Sumqayıt şəhərində anadan olan Şahin Əliyev 1995–2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb.

2001–2002-ci illərdə 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında terapiya üzrə internatura təhsili alıb.

2002–2022-ci illərdə Sumqayıt 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında sahə həkimi vəzifəsində çalışıb. 2022-ci il yanvarın 4-dən etibarən isə 7 nömrəli Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevti kimi fəaliyyət göstərib.

Şahin Əliyev müalicə aldığı xəstəxanada vəfat edib.

Sumqayıt Tibb Mərkəzinin kollektivi mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*