NATO dağılır? – Alyansın gələcəyi ilə bağlı İDDİAbackend

NATO dağılır? - Alyansın gələcəyi ilə bağlı İDDİA

NATO daxilində artan fikir ayrılıqlarının hərbi alyansın gələcəyini təhlükə altına aldığı iddia edilir.

KONKRET.az xəbər verir ki, bu barədə Finlandiyanın “Azadlıq Alyansı” Partiyasının idarə heyətinin üzvü Sakari Linden “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.

Siyasətçinin sözlərinə görə, 2027-ci ildə Albaniyada keçirilməsi planlaşdırılan NATO sammiti Ukrayna və digər məsələlərlə bağlı alyans daxilində yaranan fikir ayrılıqları səbəbindən ləğv edilib.

“Biz NATO hərbi alyansının dağılmasına doğru yaxınlaşırıq”, – deyə Linden qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanın NATO-ya üzvlüyünü münaqişənin başa çatdırılmasının yeganə yolu kimi qiymətləndirmişdi. O, Fransa Prezidenti Emmanuel Makronun Ukraynanın alyansa üzv olması ilə bağlı mövqeyini də dəstəkləmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*