Terminallardan 500 manatdan çox ödəniş edənlərin diqqətinə!backend

Terminallardan 500 manatdan çox ödəniş edənlərin diqqətinə!

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur.

KONKRET.az xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərini müvafiq rəqəmsal platformalar vasitəsilə təsdiqləməlidirlər.

Milliön terminallarında təsdiq prosesi Bir ID, SİMA və ya MyGov vasitəsilə həyata keçirilir. Bir ID ilə təsdiq prosesi Birbanktətbiqi üzərindən edilə bilər.

Təsdiq prosesi necə işləyir?

Terminalda istədiyiniz xidməti seçin və məbləği daxil edin.

Məbləğ 500 AZN-dən çox olduqda, terminalın ekranında Bir ID, SİMA və ya MyGov vasitəsilə təsdiq seçimləri göstəriləcək.

Seçiminizi etdikdən dərhal sonra terminalda QR kod əks olunacaq.

Telefonunuzda müvafiq tətbiqi açın və QR kodu skan edərək şəxsiyyətinizi təsdiqləyin.

Təsdiq uğurla tamamlandıqdan sonra ödənişinizi həyata keçirin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*