“Ağsungur” PUA-nın Türkiyədə seriyalı istehsalı başlayırbackend

“Ağsungur” PUA-nın Türkiyədə seriyalı istehsalı başlayır

Yeni PUA 40-60 saat fasiləsiz uçuş edə bilir. “Ağsungur” ilk uzun sınaq uçuşunu 2 sentyabrda reallaşdırdı. “Ağsungur” 12-13 kilometr hündürlüyə qalxaraq 750 kiloqrama qədər yük daşıya bilər. Dron 25 və 30 kilometr məsafədə “Aselsan”dan CATS optikası, “SIGINT” sensorları və “Turkish Ctech”-dən SATCOM peyk rabitəsi ilə təchiz edilmişdir.

KONKRET.az xəbər verir ki, bu barədə TUSAŞ-ın direktoru İsmayıl Kotil məlumat verib. Məlumatda deyilir ki, pilotsuz uçan aparat “Aselsan” tərəfindən hazırlanmış son SAR / GMTI-ISAR sintetik diyafram radarına malikdir. Təyyarədəki avadanlıq gün ərzində, gecə və hər cür hava şəraitində kəşfiyyat və nəzarət etməyə imkan verir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*