Avropa İttifaqı (Aİ) Çin sosial media platforması TikTok-un uşaqların məxfiliyini pozduğuna görə böyük məbləğdə cərimələnməsini istəyir.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ Məlumatların Mühafizəsi Şurası açıqlama yayıb.
Şura platformanın baş qərargahı olduğu İrlandiya Məlumatların Mühafizəsi Təşkilatı tərəfindən 2021-ci ildə TikTok-un qərara uyğun gəlmədiyi səbəbiylə 13-17 yaşlı istifadəçilərin məlumatlarının qorunması ilə bağlı başlatdığı araşdırma ilə bağlı rəyini açıqlayıb.
İrlandiya Məlumatların Mühafizəsi Təşkilatının TikTok-un cərimələndirilməsinə icazə verən qərarının haqlı olduğu məlum olub.
Cərimənin 4 həftə ərzində açıqlanacağı bildirilir.
