Aİ iki ölkə ilə üzvlük danışıqlarına başlayırbackend

Aİ iki ölkə ilə üzvlük danışıqlarına başlayır

Avropa İttifaqı Albaniya və Şimali Makedoniyanın ittifaqa üzvlüyü ilə bağlı danışıqlara başlayıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen Brüsseldə keçirilən mətbuat konfransında deyib:

“Bu gün Albaniya və Şimali Makedoniya Aİ-yə üzvlük barədə danışıqlara başlayır. Bu tarixi an sizin uğurunuzdur”.

Qeyd edək ki, Albaniya 2014-cü ildən etibarən Avropa İttifaqına namizəd ölkədir, Şimali Makedoniya isə 2005-ci ildən bu statusa malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*