Aİ ilk dəfə Çinə qarşı sanksiyalar hazırlayır – “Bloomberg”backend

Aİ ilk dəfə Çinə qarşı sanksiyalar hazırlayır - "Bloomberg"

Avropa İttifaqı 20-yə yaxın Asiya şirkətinə qarşı sanksiyalar tətbiq etmək imkanını nəzərdən keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Söhbət Çin, Honq-Konq, Hindistan, Şri-Lanka, Tailand, Qazaxıstan, Türkiyə və Serbiya şirkətlərindən gedir. Onlar əsasən texnologiya və elektronika sənayesində fəaliyyət göstərir. Həmin şirkətlər Rusiyanın hərbi-texnoloji təkmilləşməsinə və müdafiə və təhlükəsizlik sektorunun inkişafına kömək etməkdə ittiham olunurlar.

Bu şirkətlərə Avropa şirkətlərindən mal almaq qadağan olunacaq. Bloomberg qeyd edir ki, təklif təsdiqlənərsə, bu, Ukraynada müharibə başlayandan bəri Aİ-nin Çin firmalarına qarşı ilk məhdudiyyəti olacaq. Birlik əvvəllər Çin şirkətlərinə qarşı məhdudiyyətlərlə bağlı ideyalar irəli sürmüşdü, lakin üzv ölkələrin müqaviməti ilə qarşılaşmışdı. Pekindən zəmanət aldıqdan sonra ideya rədd edilmişdi.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*