Bu gün Avropa İttifaqının (Aİ) müdafiə nazirləri Kiyevin Rusiya ərazisinə hücumlar üçün Qərb silahlarından istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması məsələsini müzakirə edəcəklər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
“Biz silahlarımızın Rusiya ərazisində istifadəsinə icazə veririkmi? Bəzi ölkələr bunu həll etməyə hazır görünürlər. Bu, bu gün müzakirə edilməli olan daha bir mühüm məsələdir”.
Bundan öncə Jozep Borrell Aİ xarici işlər nazirləri ilə zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılması məsələsini müzakirə etdiyini bildirib. Aİ xarici işlər nazirləri həmçinin Ukraynanın hava hücumundan müdafiə sistemləri, xüsusilə “Patriot”la təmin edilməsinin zəruriliyindən danışıblar.
Xatirə SADİQ,
KONKRET.az
