Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəldibackend

Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəldi

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycana səfəri başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Klaar tvitter sosial şəbəkəsindəki hesabında bildirib.

“Bakıya qayıtdığım üçün çox şadam. Avropa İttifaqının öhdəliyini və növbəti addımları müzakirə etmək üçün sabah danışıqları gözləyirik”, – o qeyd edib.

Qeyd edək ki, fevralın 21-də T.Klaar Bakıda ölkənin bir sıra rəsmiləri ilə görüşlər keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*