“Aİ qarşıdakı 10 ildə müdafiə qabiliyyətini təmin edə bilməyəcək” – “Bloomberg”backend

"Aİ qarşıdakı 10 ildə müdafiə qabiliyyətini təmin edə bilməyəcək" - "Bloomberg"

“Avropa İttifaqı ölkələri ən azı 10 il ABŞ-ın köməyi olmadan öz müdafiə qabiliyyətini təmin edə bilməyəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” adı açıqlanmayan avropalı diplomata istinadən xəbər verir.

Nəşrin yazdığına görə, indi Avropa ölkələri hücuma məruz qalsaydı, onlar hələ də bir neçə cəbhədə ABŞ-dan asılı olacaqdılar. Məsələ ilə tanış olan Avropa rəsmilərinin sözlərinə görə, bunlara hava və raket hücumundan müdafiə, uzaq mənzilli raketlər və müharibə ilə mübarizə üçün lazım olan qabaqcıl kompüter sistemləri daxildir.

Adının çəkilməsini istəməyən avropalı diplomatın fikrincə, ən pis ssenari bir sıra ardıcıl hadisələr nəticəsində yarana bilər, yəni: Aİ ölkələrinin müdafiəyə investisiya artırmaması, Vaşinqtonun Ukraynaya yardımını dayandırması, Donaldın qələbəsi və s.

“Öz növbəsində, Rusiyanın Ukraynada qələbəsi və ABŞ-ın NATO-da iştirakının azaldılması halında, Aİ ölkələri alyansın şərq cinahında hərbi mövcudluğunu üç dəfə artırmalı olacaqlar”, –  Bloomberg qeyd edir.

Avropa liderləri özlərini elə göstərirlər ki, ciddi hərbi potensial yaratmaq üçün ABŞ-ın dəstəyinə ehtiyacları yoxdur. Bununla belə, avadanlıqların tədarük zəncirindəki problemlər və satınalma ilə bağlı Aİ ölkələri arasında yaranan fikir ayrılıqları onların bu məqsədə çatmasına mane olur.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*