Aİ Rusiyaya görə 20 xarici şirkətə sanksiya tətbiq etdibackend

Aİ Rusiyaya görə 20 xarici şirkətə sanksiya tətbiq etdi

Avropa İttifaqı Rusiyanın üçüncü ölkələr vasitəsilə hərbi texnologiya əldə etməsinə imkan verən boşluqları aradan qaldırmaq məqsədi ilə iyirmi xarici şirkətə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu barədə “The Guardian” yazıb.

Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümü ərəfəsində Avropa İttifaqına üzv dövlətlərin sanksiya siyahısına əlavə etmək istədikləri şirkətlər və şəxslərlə bağlı 91 səhifəlik sənədə Çindən üç, Honq-Konqdan dörd, Hindistandan isə bir şirkət daxil edilib.

Aİ, Böyük Britaniya və ABŞ nümayəndələri bu gün Brüsseldə görüşməyə hazırlaşır. Mənbə bildirib ki, Moskvanın mövcud məhdudiyyətlərdən yan keçə bilməməsi üçün əlavə tədbirlərə ehtiyac var.

“Rusiya sanksiyalarımızdan yan keçmək üçün çox çalışır, lakin biz daha çox iş görməliyik. Biz boşluqları bağlamalı, həll yollarını müəyyənləşdirməli və gəlirləri daha da azaltmalıyıq”, – mənbə bildirib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*