Aİ və ÜST Azərbaycana peyvəndlərin saxlanılması üçün avadanlıqlar verəcək – RƏSMİbackend

Aİ və ÜST Azərbaycana peyvəndlərin saxlanılması üçün avadanlıqlar verəcək - RƏSMİ

Avropa İttifaqı və ÜST-nin birgə həyata keçirdiyi “COVID-19 əleyhinə vaksinasiyaya dəstək layihəsi” çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə peyvəndlərin soyuq zəncir prinsipinə uyğun olaraq daşınması və saxlanılması üçün avadanlıqların təhvil verilməsi planlaşdırılır.

Bu barədə KONKRET.az-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Layihə çərçivəsində indiyədək paytaxt və bölgələrdəki tibb müəssisələrində çalışan 673-ü həkim və 2204-ü tibb bacısı olmaqla ümumilikdə peyvəndləmə prosesində iştirak edən 2877 tibb işçisinə təlimlər keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*