Akif İslamzadənin vəziyyəti ilə bağlı AÇIQLAMAbackend

Akif İslamzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA

“Atamın vəziyyəti yaxşıdır, artıq özü durub gəzə bilir”.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Xalq artisti Akif İslamzadənin oğlu Ayxan İslamzadə deyib.

O qeyd edib ki, evə nə zaman buraxılacağı ilə bağlı həkimlər bu gün qərar verəcəklər.

“Həkimlər əllərindən gələni edirlər. Özüm gündə iki dəfə yanında oluram – həm səhər, həm axşam. Bu gün də özü durub gəzir. Çox güman ki, bu gün axşam, yaxud sabah Akif müəllim evə qayıdacaq”, – deyə A.İslamzadə bildirib.

Xatırladaq ki, 77 yaşlı Xalq artisti Akif İslamzadə infarkt keçirməsi səbəbindən xəstəxanaya yerləşdirilib. O, Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində müalicə alır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*