Akob Arşakyan: “90-cı illər qayıdacaq, yenidən insanların ovu başlayacaq”backend

Akob Arşakyan: "90-cı illər qayıdacaq, yenidən insanların ovu başlayacaq"

Hökumətin bugünkü iclasında Sünik bölgəsinin Gorus icmasının Şurnuxu kəndində yaşayış məhəlləsinin inşası üçün 470 milyon dram ayrılması barədə qərar qəbul edilib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Şurnuxu kəndinin başçısı Akob Arşakyan ilin sonuna qədər bölgədə inşaat işlərinə başlanacağına ümid etdiyini bildirib.

Eyni zamanda, o, bu hökumətə ümid bağlamadığını, əks təqdirdə evlərinin əllərində qalacağını qeyd edib.

Şurnuxu kəndinin rəhbəri deyib ki, hazırda kəndlilər arasında qorxu və narahatlıq var.

“Bütün bu hadisələrin necə baş verdiyindən hələ də baş aça bilmirik. Ancaq türklərdən qorxuruq”.

Akob Arşakyan qeyd edib ki, yazda kənd təsərrüfatı işləri aparılarkən və ya heyvanların otlaqda otarılması zamanı problemlər yaranacaq.

“İndi hava soyuqdur, heyvanlar daha çox tövlədədir. Bəzən hava yaxşı olur, amma yenə də otarmırıq. Ancaq hər halda, yazda ot ehtiyatları tükənəcək, otlaqlara aparılmalı olacaq, bax onda daha çox problemlər yaranacaq.

90-cı illərə qayıdacağıq. Yenidən insanların ovuna başlayacaqlar.

“Bunu hər zaman onlardan gözləmək lazımdır, çünki 90-cı illərdə belə hallar var idi”, – deyə Akob Arşakyan bildirib.

Qeyd edək ki, hazırda kənddə 80 sakini olan 30-a yaxın ailə yaşayır. Sərhəd müəyyənləşdirilərkən Şurnuxudan 12 ev düşmən nəzarətinə keçib, bu evlərin sakinləri müxtəlif yerlərə yerləşdilər.

A.Arşakyan qeyd edib ki, mənzil problemi olan üç ailə bu məsələ həll olunana qədər Gorus və Qafanda müvəqqəti məskunlaşıb.

Onun sözlərinə görə, kənddəki həyat həmişəki kimi davam edir, insanlar bu vəziyyətlə barışmalıdırlar.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*